AZ

Rusiyada yumurta böhranı...

Musavat.com xəbər verir ki, Rusiyada yumurta bazarında kəskin dəyişiklik müşahidə olunur. Ölkədə illik istehsal tələbatdan 20% çox olduğu üçün qiymətlər sürətlə aşağı düşüb.

Məlumata görə, son bir ildə yumurtanın qiyməti 25%-dən çox azalıb. Hazırda birinci kateqoriya yumurtanın onluğu orta hesabla 53,3 rubl, ikinci kateqoriya isə 31,9% ucuzlaşaraq 40 rubl təşkil edir.

Ekspertlər bildirirlər ki, bu vəziyyət istehlakçılar üçün müsbət görünsə də, istehsalçılar üçün ciddi problem yaradıb. Quşçuluq fabriklərinin rentabelliyi 5 dəfə enib və bu da sahədə yeni böhrana səbəb ola bilər. 

 

Musavat.com

Seçilən
42
1
musavat.com

8Mənbələr