AZ

Finlandiyada genişmiqyaslı hava təlimləri keçiriləcək

Bakı. Trend:

Finlandiyanın Hərbi Hava Qüvvələri sentyabrın 22–26-da“Protective Fence 25” (“Müdafiə sərhədi 25”) adlı genişmiqyaslıtəlimlər keçirəcək.

Trend-inməlumatına görə, təlimlərdə təxminən 1200 hərbçi və 50-yə yaxıntəyyarə iştirak edəcək.

Payız mövsümündə Finlandiyada keçiriləcək ən böyük uçuş təlimiolan manevrlərə fin hərbçiləri ilə yanaşı, İsveç və Danimarkanınhərbi hava qüvvələrinin heyəti də qatılacaq. Təlimlər Finlandiyanınəsas aviabazalarını, Oulu, Vaasa, Kokkola-Pietarsaari havalimanlarını və İsveçin Luleo şəhərindəki Kallax aviabazasını əhatəedəcək.

Təlimlərdə “F/A-18 Hornet” qırıcıları, “Hawk” təlim-döyüştəyyarələri, NH90 helikopterləri, “Dornier 228” müşahidətəyyarələri, eləcə də İsveçin “JAS 39 Gripen” qırıcıları və İsveçləDanimarkadan olan “C-130 Hercules” nəqliyyat təyyarələri iştirakedəcək.

Təlimlərin məqsədi müdafiə qabiliyyətini möhkəmləndirmək vəgenişmiqyaslı hava əməliyyatlarını müxtəlif məntəqələrdən icraetməkdir. Uçuşlar Rovaniemi, Kayaani, Kuopio, Jyvaskyla, Vaasabölgələrində və Botniya körfəzi üzərində həyata keçiriləcək,proqram alçaq uçuşlar, səsdən sürətli manevrlər və radioelektronmübarizə vasitələrini əhatə edir.

Seçilən
22
1
az.trend.az

2Mənbələr