AZ

20 gün öncə işğal edilən kəndi ukraynalılar azad etdi

Ukrayna Silahlı Qüvvələrinin "Skala" alayının "Şkval" batalyonu Dnepropetrovsk və Donetsk vilayətlərinin sərhəddindəki Filiya kəndini ruslardan azad edib.

Axar.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb.

Bildirilib ki, Ukrayna müdafiəçiləri ölkənin şərqində düşməni (Rusiya ordusu - red.) sıxışdırmağa davam edir.

Qeyd edək ki, Rusiya hərbçiləri təxminən 20 gün əvvəl kəndi ələ keçirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
22
2
olaylar.az

3Mənbələr