AZ

Polis 6 il sonra onu tapdı: Küçələrin “Formula 1” kabusu - VİDEO

Çexiya polisi “Ferrari” rəngli bolidlə yol hərəkətində olan sürücünü həbs edib.

Publika.az xəbər verir ki, bu barədə “Motorsport” məlumat yayıb.

Həmin şəxs ilk dəfə 2019-cu ildə gündəmə gəlib və sonrakı illərdə dəfələrlə xəbərlərdə yer alıb, çünki polisi onu tapa bilmirdi. Sentyabrın 7-də sürücü yenidən yollara çıxıb.

Bolid yanacaqdoldurma məntəqəsində dayandığı zaman polisə xəbər verilib. Hüquq-mühafizə orqanları onun izini Praqanın cənub-qərbindəki Buk şəhərinə qədər izləyib və nəticədə 51 yaşlı kişi həbs olunub. O, şərh verməkdən imtina edib. Həbs əməliyyatında bir neçə polis bölməsi, o cümlədən helikopter iştirak edib.

Seçilən
28
publika.az

1Mənbələr