Bakı. Trend:
2025-ci ilin ikinci rübündə dünya smartfon bazarında artım qeydəalınıb.
Trend xəbər verirki, bu barədə "TrendForce" analitik agentliyi məlumat yayıb.
Tədarüklər əvvəlki rüblə müqayisədə 4%, ötən ilin eyni dövrü iləmüqayisədə isə 4,8% artaraq 300 milyon ədədə çatıb.
Artımın əsas lokomotivi yerli istehsalçıların – "Xiaomi","Oppo", "Transsion" və "Vivo"nun tədarükləri artırdığı Çin bazarıolub. Bununla yanaşı, tədarükləri müvafiq olaraq 5% və 9% azalsada, "Samsung" (19%) və "Apple" (15%) bazar payına görə lidermövqelərini qoruyub.
Analitiklərin fikrincə, Çin brendlərinin yüksəlişi hökumətinsubsidiyalaşdırılmış smartfon proqramı ilə bağlıdır, lakin butəsirin qarşıdakı rüblərdə zəifləyəcəyi gözlənilir.
Samsung-un satışlarına flaqman modellərinə marağın azalmasımənfi təsir göstərib. "Apple" isə sərfəli "iPhone 16e" modelisayəsində Çində mövqeyini gücləndirib.
Ümumilikdə, altı ən böyük smartfon istehsalçısı dünya bazarının80%-nə nəzarət edir.