Onun sözlərinə görə, rəsmi Ankara Ermənistan və Azərbaycan arasında yekun sülh sazişinin gələn ilin birinci yarısında imzalanacağını gözləyir.
Ajans.az HaberGlobal-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Romada Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən konfransda çıxışı zamanı bildirib. O, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh üçün tarixi riskə getməsini yüksək qiymətləndirdiyini qeyd edib. Fidan həmçinin bu prosesə görə Azərbaycan Prezidenti İlham Əliyevə və azərbaycanlı həmkarlarına təşəkkür edib, ABŞ Prezidenti Donald Trampın da Vaşinqtonda tarixi razılaşmanı möhkəmləndirdiyini bildirib.