AZ

ABŞ yanvardan bəri Rusiyaya qarşı ilk sanksiyanı tətbiq etdi: Çin, Hindistan, Türkiyə şirkətləri...

ABŞ Ticarət Nazirliyi Rusiyaya qadağan edilən məhsulların tədarükü ilə məşğul olduqlarına görə Çin, Hindistan, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bir sıra qurumlarına ixrac məhdudiyyətləri tətbiq edib.

Musavat.com xəbər verir ki, məlumatı nazirlik yayıb.

Bildirilir ki, ABŞ Ticarət Nazirliyinə daxil olan Sənaye və Təhlükəsizlik Bürosu "qara siyahıya 32 qurumu daxil edir". Onların arasında 3-ü Türkiyə, 2-si BƏƏ, 1-i Hindistan, 1-i İran və 1-i Sinqapur, həmçinin 20-dən çox Çin strukturu var. Büronun məlumatına görə, bu strukturların hamısı “ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasətinin maraqlarına zidd olan hərəkətlərdə” iştirak edir.

Amerika tərəfi bildirir ki, xüsusilə Çinin “Shanghai Fudan Microelectronics” şirkətinin tədarükləri Rusiyanın müdafiə sənayesinin maraqları naminə həyata keçirilir. ABŞ Ticarət Nazirliyinin məlumatına görə, BƏƏ-də yerləşən HAS General Trading LLC firması, Hindistanın AR Sales Pvt şirkəti, həmçinin Türkiyənin Atempo, EB Teknoloji və Dentun Elektronik şirkətləri ABŞ-dan Rusiyaya lazımi icazələr olmadan məhsullar tədarük edib.

Qeyd edək ki, bu, Donald Tramp hakimiyyətə gələndən bəri ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi ilk yeni sanksiyadır.

Musavat.com

Seçilən
31
2
musavat.com

3Mənbələr