AZ

"Politico": Aİ Rusiya vətəndaşları üçün viza siyasətini sərtləşdirmək niyyətindədir

Avropa İttifaqı Rusiya vətəndaşlarına viza verilməsi ilə bağlı mövqeyini sərtləşdirməyə hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə "Politico" qəzeti Avropa Komissiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

Vurğulanıb ki, ilin sonuna qədər Aİ bloka daxil olan ölkələr üçün ruslara vizaların verilməsi ilə bağlı daha sərt tövsiyələri özündə əks etdirən yeni qaydalar dərc edəcək.

Qeyd olunub ki, Avropa İttifaqının şərq ölkələri bu cür məhdudiyyətlərin qəbulu üçün uzun müddətdir lobbiçilik fəaliyyəti ilə məşğul olub.

Bununla belə, vizaların verilməsi Aİ-yə üzv ölkələrin səlahiyyətində qalır, ona görə də Avropa Komissiyası Rusiya vətəndaşlarının bloka daxil olmasına tam qadağa qoya bilməz.

Avropa İttifaqının son məlumatlarına görə, 2024-cü ildə Rusiya vətəndaşlarına Aİ ölkələrinə və digər Şengen ölkələrinə, o cümlədən İsveçrəyə səyahət etmək üçün təxminən 542 min qısamüddətli viza verilib. Bu, 2023-cü illə müqayisədə təxminən 20% çoxdur, lakin 2019-cu illə müqayisədə xeyli azdır.

Seçilən
10
4
ikisahil.az

10Mənbələr