AZ

Elnur Şükürov azadlığa çıxdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Səda TV" "YouTube" kanalının aparıcısı, jurnalist Elnur Şükürov azadlığa buraxılıb.
Oxu.Az xəbər verir ki, üçillik həbs cəzası bu gün başa çatan E.Şükürov saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.
Qeyd edək ki, Elnur Şükürov 2022-ci il sentyabrın 12-də həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Şükürov dörd il müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlasa da, Ali Məhkəmə cəzanı üç ilə endirmişdi.
Elnur Şükürova Cinayət Məcəlləsinin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülmüşdü.
Seçilən
51
oxu.az

1Mənbələr