Bu gün Misli Premyer Liqasında IV turun daha iki oyunu keçiriləcək.
Tribunainfo.az xəbər verir ki, ilk olaraq “Sumqayıt” “İmişli”nin qonağı olacaq. Qarşılaşma saat 16:30-da start götürəcək. “Gənclik şəhəri” təmsilçisi 7 xalla üçüncü, meydan sahibləri 4 xalla altıncı pillədə qərarlaşıb.
Günün ikinci matçında “Turan Tovuz” “Qəbələ” ilə üz-üzə gələcək. Bu görüş saat 19:00-da başlayacaq. Tovuz klubu 6 xalla dördüncü, “qırmızı-qaralar” 1 xalla on birinci sıradadır.
Misli Premyer Liqası
I dövrə, IV tur
13 sentyabr
16.30 İmişli – Sumqayıt
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Quba Olimpiya İdman Kompleksinin stadionu
19.00 Turan Tovuz – Qəbələ
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Azərsun Arena”
Qeyd edək ki, ötən gün “Araz-Naxçıvan” “Kəpəz”i iki cavabsız qolla üstələyib. “Qarabağ” – “Zirə” oyununda qalib müəyyənləşməyib – 1:1. Tura sentyabrın 14-də yekun vurulacaq.