AZ

Əvəz Zeynallı ilə birlikdə həbs olunan Elnur Şükürov azadlığa buraxılıb

Əvəz
"Xural" internet televiziyasının rəhbəri Əvəz Zeynallı ilə birlikdə həbs olunan Elnur Şükürov azadlığa buraxılıb. 1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Əvəz Zeynallı sosial şəbəkədə paylaşım edib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elnur Şükürov 4 il müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmə cəzanı 3 ilə endirib. Onun həbs cəzası bu gün başa çatıb. Elnur Şükürova Cinayət Məcəlləsinin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Əvəz Zeynallı aprelin 25-də azadlığa buraxılıb. Nizami Rayon Məhkəməsi onun xəstəliyə görə cəza çəkməkdən azad edilməsi barədə qərar verib.

Seçilən
50
7
1news.az

9Mənbələr