10:03 13.09.2025
10:03 13.09.2025
Əvəz Zeynallı ilə birgə məhkum edilmiş jurnalist Elnur Şükürov azadlığa buraxılıb.
Mynews.az xəbər verir ki, ona verilən 3 illik həbs cəzası bu gün başa çatıb.
E.Şükürov saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.
Qeyd edək ki, “Səda TV”nin rəhbəri olan E.Şükürov rüşvət almaqda və dələduzluqda təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilmişdi. Onunla birgə mühakimə edilərək 8 il 10 ay azadlıqdan məhrum edilən Əvəz Zeynallı isə bir müddət əvvəl xəstəliyinə görə cəzadan azad edilmişdi.