AZ

“İmişli” “Sumqayıt”, “Turan Tovuz” “Qəbələ”ni qəbul edir – YENİLƏNİR

Misli Premyer Liqasında 4-cü tur davam edir.

İdmanxeber.az xəbər verir ki, ikinci oyun günündə daha 2 matç keçiriləcək. 

Əvvəlcə “İmişli” “Sumqayıt”ı qəbul edəcək. Quba Olimpiya İdman Kompleksində gerçəkləşəcək görüş saat 16:30-da başlayacaq. Qarşılaşmanı Tural Qurbanov idarə edəcək.

“Kimyaçılar” 7 xalla 3-cü pillədə qərarlaşıblar. Aran təmsilçisi isə 4 xalla 6-cıdır.

Günün ikinci oyununda “Turan Tovuz” evdə “Qəbələ” ilə üz-üzə gələcək. Saat 19:00-da start götürəcək matçın baş hakimi Cavid Cəlilov olacaq.

Tovuz klubu 6 xalla 4-cü yerdədir. Aktivində 1 xalı olan Kaxaber Tsxadadzenin komandası isə 11-cidir.

Misli Premyer Liqası

1-ci dövrə, 4-cü tur

13 sentyabr (şənbə)

16:30. “İmişli” – “Sumqayıt” 

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.

VAR: Elçin Məsiyev.

AVAR: Pərvin Talıbov.

Quba OİK stadionu.

19:00. “Turan Tovuz” – “Qəbələ” 

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Cəmil Quliyev.

“Azersun Arena”.

Seçilən
37
1
idmanxeber.az

3Mənbələr