Beynəlxalq reytinq agentliyi "Fitch" Fransanın kredit reytinqini “AA-” səviyyəsindən “A+” dərəcəsinə endirib.
Musavat.com xəbər verir ki, qərarın əsas səbəbləri ölkənin yüksək dövlət borcu, siyasi parçalanma və müdafiə xərclərinin artması fonunda büdcə perspektivlərinin pisləşməsi ilə bağlıdır.
Agentliyin qiymətləndirməsinə görə, Fransada maliyyə sabitliyi risk altındadır və hökumətin fiskal siyasəti yaxın illərdə vəziyyəti daha da çətinləşdirə bilər.
Musavat.com