AZ

Zidan Fransa millisinin yeni baş məşqçisi olacaq

Zinəddin Zidan Fransa milli komandasının yeni baş məşqçisi olacaq. Msport.az xəbər verir ki, bu barədə El Nacional məlumat yayıb.

Mənbənin sözlərinə görə, federasiya artıq əfsanəvi futbolçu ilə razılıq əldə edib.

Yığmanın hazırkı baş məşqçisi Didye Deşam DÇ-2026-nın sonunda komandadan ayrılacaq. ABŞ, Kanada və Meksikada keçiriləcək mundial başa çatdıqdan sonra nəticədən asılı olmayaraq, Deşam millidən gedəcək.

Qeyd edək ki, Zidanın “Real”dan ayrıldıqdan sonra bir çox cəlbedici təklifləri olsa da, o, milliyə görə bunların hamısından imtina edib.

Seçilən
48
msport.az

1Mənbələr