AZ

Ödənişli xidmətlərin dəyəri ötən illə müqayisədə 9 faiz artıb

XQ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 milyard 287,8 milyon manat olub. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9 % çoxdur.

Ötən 8 ayda hüquqi şəxslər əhaliyə 6 milyard 975,8 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,1 %-ni təşkil edib.Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 907,3 manatlıq və yaxud ötən ilin 8 ayına nisbətən nominal ifadədə 125,7 manat çox müxtəlif ödənişli xidmətlərdən yararlanıb.

N.Adilqızı
XQ

 

Seçilən
23
5
xalqqazeti.az

10Mənbələr