AZ

Əraqçi: Qahirədə danışıqlar çox ciddi olub

Qahirə, 13 sentyabr, AZƏRTAC

“Qahirədə danışıqlar çox ciddi oldu. Müharibədən sonra danışıqlar asan deyil. Bu danışıqlarda gülməyə, təbəssümə yer olmayıb”.

AZƏRTAC Tasnim agentliyinə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

Əraqçi, həmçinin Avropa Birliyinin xarici siyasət rəhbəri ilə başqa bir görüşün mümkünlüyünü də bildirib, lakin bunun qarşı tərəfin yekun qərarından asılı olacağını diqqətə çatdırıb.

Qeyd edək ki, Abbas Əraqçi sentyabrın 10-da Misirdə Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktoru Rafael Qrossi ilə görüşüb. Görüşdə İran və Agentlik arasında zəmanət öhdəliklərinin icrasına dair qarşılıqlı fəaliyyət qaydalarının mətni üzrə razılıq əldə edilib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə 

 

Seçilən
37
4
azertag.az

4Mənbələr