ABŞ Prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin Rusiya-Ukrayna müharibəsini bitirməməsindən məyus olduğunu və səbrinin tükəndiyini bəyan edib.
Ölkə.az xəbər verir ki, Tramp televiziya proqramında aparıcının Putinə səbrinin tükənib-tükənməyəcəyi ilə bağlı sualına belə cavab verib: "Bəli, səbrim tükənir. Özü də çox sürətlə tükənməkdədir".
Rusiyaya qarşı tətbiq edilən sanksiyalara da toxunan ABŞ prezidenti deyib ki, çox sərt addımlar atmalı olacağıq.
Tramp Rusiya banklarına və neft sektoruna, eləcə də gömrük rüsumlarına qarşı sanksiyaların tətbiq oluna biləcəyini, lakin Avropa ölkələrinin də bunda iştirak etməli olduğunu bildirib.
ABŞ prezidenti həmçinin qeyd edib ki, bu, bizim problemimizdən daha çox Avropa problemidir.
Mürtəza
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta