AZ

Millimiz 3-cü yer uğrunda mübarizə aparacaq

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatı – 2025-də (EBSL) növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, komandamız turnirin yarımfinalında Rumıniya yığması ilə qarşılaşıb.

İtaliyanın Viareccio şəhərində təşkil olunan görüş rəqib komandanın 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığmamızın heyətində Sahib Məmmədov iki, Comərd Baxşəliyev bir vurub.

Qeyd edək ki, Azərbaycan millisi 3-cü yer uğrunda sentyabrın 14-də Qazaxıstan yığması ilə qarşılaşacaq.

İdman.biz

Seçilən
55
7
idman.biz

9Mənbələr