AZ

Millimiz Avropa çempionatının yarımfinalında uduzdu

Çimərlik futbolu üzrə millimiz Avropa çempionatında (EBSL) növbəti oyununu keçirib.

"Football-plus az" xəbər verir ki, millimiz turnirin yarımfinalında Rumıniya yığması ilə qarşılaşıb. İtaliyanın Viareccio şəhərində təşkil olunan görüş rəqib komandanın 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində Sahib Məmmədov iki, Comərd Baxşəliyev bir vurub.

Azərbaycan yığması 3-cü yer uğrunda sentyabrın 14-də Qazaxıstan yığması ilə qarşılaşacaq.

Seçilən
26
7
football-plus.az

9Mənbələr