AZ

Azərbaycan millisi Qadın Seriyasının final mərhələsində ilk qələbəsini qazanıb

Azərbaycanın 3x3 basketbol millisi Çinin Şanxay şəhərində keçirilən Dünya Qadın Seriyasının final mərhələsində ilk qələbəsini qazanıb.

“İki sahil” xəbər verir ki, yığma B qrupundakı ikinci oyununda Niderlandın U-25 seçməsindən üstün olub - 21:19.

Komanda ilk matçda Kanadaya uduzub - 13:21. 

Azərbaycan millisi Bakı vaxtı ilə saat 16:45-də "CS Rapid" kollektivi ilə üz-üzə gələcək.

Seçilən
51
7
ikisahil.az

9Mənbələr