AZ

Lamin Yamal "Valensiya" ilə matçda iştirak etməyəcək

İspaniyanın "Barselona" klubunun baş məşqçisi Hans-Diter Flik hücumçu Lamin Yamalın  La Liqa IV tur matçında "Valensiya" ilə keçiriləcək oyunu buraxacağını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında bildirib.

"Xeyr, o oyunda iştirak edə bilməyəcək. Ağrılarla milliyə yollandı və məşqlərdə iştirak etmədi. Ona oynaya bilməsi üçün ağrıkəsici verirdilər. Hər matçda komandası 3 qol fərqi ilə öndə olsa da, Yamal 79 və 73 dəqiqə oynadı, matçlar arasında isə məşqlərdə iştirak edə bilmirdi. Bu, futbolçuların qayğısına qalmamaqdır. Mən bununla bağlı çox kədərlənirəm"

Qeyd edək ki, Yamal bu mövsüm La Liqada üç oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Seçilən
32
90deqiqe.az

1Mənbələr