AZ

Zelenskidən TƏCİLİ AÇIQLAMA: Rusiya PUA-ları NATO ölkələrini HƏDƏF ALDI

Bu gün Rumıniya hava məkanında Rusiya pilotsuz uçan aparatına görə döyüş təyyarələri qaldırılıb. İlkin məlumatlara görə, pilotsuz təyyarə təxminən 10 kilometr məsafədən Rumıniya ərazisinə daxil olub və 50 dəqiqə NATO ölkəsinin hava məkanında fəaliyyət göstərib. Eyni zamanda, Polşa bu gün Rusiya pilotsuz təyyarələrinin vurulması təhlükəsinə qarşı hərbi cavab tədbirləri həyata keçirib.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski telegramda yazıb.

Zelenski bildirib ki, bütün gün boyunca Rusiya pilotsuz təyyarələri Ukraynanın müxtəlif bölgələrində olub. Onlar, xüsusilə şimal rayonlarında, Belarusla sərhəd istiqamətində fəaliyyət göstəriblər. İlkin məlumata görə, Volın istiqamətində Ukrayna hava məkanına daxil olmaq üçün Belarus hava məkanından istifadə edilib.

Ukrayna lideri vurğulayıb ki, Rusiya hərbçiləri pilotsuz təyyarələrinin marşrutunu və havada nə qədər vaxt keçirəcəyini dəqiq bilirlər. Bu, təsadüfi səhv və ya aşağı səviyyəli komandirlərin həvəskar hərəkətləri deyil, açıq-aşkar müharibənin Rusiya tərəfindən genişləndirilməsidir. “Əvvəl kiçik addımlar, sonra böyük itkilər” – deyə Zelenski əlavə edib.

O, həmçinin qeyd edib ki, başqalarının müstəqilliyini və həyatını məhv etməyə adət etmiş şəxslər qarşısında hər zaman qabaqlayıcı tədbirlər görmək lazımdır. Zelenski Rusiyaya qarşı sanksiyaların, Rusiya ticarətinə tariflərin və ümumi müdafiə sisteminin vacibliyini vurğulayıb. Ukrayna öz tərəfdaşlarına belə bir müdafiə sistemi yaratmağı təklif edib və onlarla “şəhidin” və ballistikanın nəticəsini gözləmək olmaz.

Musavat.com

Seçilən
51
2
musavat.com

3Mənbələr