Misli Premyer Liqasının IV turunda "Turan Tovuz" öz meydanında "Qəbələ"ni qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, bu görüşdə Tovuz təmsilçisi 1:0 hesabı ilə qalib gəlib. Yeganə qol 55-ci dəqiqədə Aleks Souza tərəfindən vurulub.
Bu nəticədən sonra xallarını 9-a çatdıran "Turan Tovuz" turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. "Qəbələ" isə 1 xalla 11-ci sırada qərarlaşıb.
Günün digər matçında "İmişli" "Sumqayıt"ı 1:0 hesabı ilə üstələmişdi. Lakin Peşəkar Futbol Liqasının qaydalarının pozulması səbəbindən İmişli komandasına texniki məğlubiyyət verilib.
Ötən günkü oyunlarda "Araz-Naxçıvan" "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib, "Qarabağ" və "Zirə" isə 1:1 hesablı heç-heçə ilə kifayətləniblər. Tur sentyabrın 14-də yekunlaşacaq.