AZ

7 qolun vurulduğu matçda “Yuventus” "İnter"i məğlub etdi

İtaliya Serie A-sının 2025/2026 mövsümünün 3-cü turunda “Yuventus” və “İnter” arasında keçirilən qarşılaşma başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Turindəki “Allianz” stadionunda keçirilən oyunda ev sahibləri 4:3 hesabı ilə qalib gəlib. Görüşün baş hakimi Andrea Kolombo olub.

Matçın ilk qolunu 14-cü dəqiqədə “Yuventus”un müdafiəçisi Lloyd Kelly vurub. 30-cu dəqiqədə “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu hesabı bərabərləşdirib. 38-ci dəqiqədə isə turinli hücumçu Kenan Yıldız uzaqdan zərbə ilə komandası üçün üstünlüyü təmin edib. İkinci hissədə Hakan Çalhanoğlu ikinci qolunu vuraraq yenidən hesabı bərabərləşdirib. 76-cı dəqiqədə “İnter”in hücumçusu Markus Tyuram Milan təmsilçisinə üstünlük qazandırsa da, 83-cü dəqiqədə “Yuventus”un yarımmüdafiəçisi Kefren Tyuram-Julien hesabı bərabərləşdirib. Oyunun 90+2-ci dəqiqəsində ev sahibi komandadan Vasilie Adjiç möhtəşəm uzaqdan zərbə ilə qalibiyyət qolunu vurub.

Üç turdan sonra “Yuventus” 9 xalla turnir cədvəlində liderliyini qoruyur, “İnter” isə 3 xalla 7-ci pillədə qərarlaşıb.

Seçilən
73
90deqiqe.az

1Mənbələr