[spoiler][/spoiler]İzmirdə gənc cütlük arasında yaranan mübahisə faciə ilə nəticələnib.
News24.az xəbər verir ki, hadisə zamanı qadın nişanlısına ard-arda üç bıçaq zərbəsi endirib.
Şahidlərin sözlərinə görə, tərəflər arasında səbəbi hələlik məlum olmayan mübahisə qısa müddətdə şiddətlənərək davaya çevrilib. Gərginlik fonunda qadın üzərində gəzdirdiyi bıçaqla nişanlısını vurub.
Yaralı qan içində yerə yıxıldıqdan sonra ətrafdakı insanlar dərhal təcili tibbi yardıma xəbər veriblər.
Polis əməkdaşları isə hadisənin başvermə səbəblərini müəyyənləşdirmək üçün araşdırmalara başlayıb.
Aqil