AZ

Sabunçu Gənclər Evində “Sosial şəbəkələrdə təxribat: Necə müdafiə olunmalı?” mövzusunda maarifləndirici tədbir təşkil olunub - FOTOLAR

“Tarix ideoloji cəbhədə” layihəsi çərçivəsində Sabunçu Gənclər Evində “Sosial şəbəkələrdə təxribat. Necə müdafiə olunmalı?” mövzusunda maarifləndirici tədbir təşkil olunmuşdur.

Tədbirdə gənclər, müəllimlər, ictimai fəallar iştirak etmişdir. Layihə rəhbəri Kənan Məmmədov sosial şəbəkələrdə geniş yayılan təxribat xarakterli paylaşımlar, eləcə də saxta xəbərlər və manipulyasiya üsulları barədə iştirakçılara ətraflı məlumat vermiş, dezinformasiyaların cəmiyyətə, xüsusən gənclərə təsir mexanizmlərini izah etmişdir. Gənclərə sosial şəbəkələrdə məlumat paylaşarkən diqqətli olmaq, etibarsız mənbələrə inanmamaq və şübhəli kontentlə rastlaşdıqda düzgün davranış qaydalarına əməl etmək tövsiyə olunmuşdur.

Təlimdə həmçinin sosial şəbəkələrdən səmərəli istifadə, onlayn mühitdə şəxsi təhlükəsizliyin qorunması və rəqəmsal savadlılığın artırılması ilə bağlı praktiki nümunələr təqdim olunmuşdur. Müzakirələr zamanı iştirakçılar sosial şəbəkələrdə üzləşdikləri real təcrübələri bölüşmüş, onların sualları moderator Kənan Məmmədov tərəfindən cavablandırmışdır.

Tədbir interaktiv mühitdə keçmiş və böyük maraqla qarşılanmışdır.

 

Seçilən
13
qht.az

1Mənbələr