Futbol üzrə Türkiyə Super Liqasında 5-ci turun oyunlarına start verilib.
90deqiqe.Az-ın məlumatına görə, "Qalatasaray" səfərdə "Eyüpspor"un, "Antalyaspor" "Samsunspor"un, "Alanyaspor" "Konyaspor"un, "Kasımpaşa" isə "Karagümrük"ün qonağı olub.
Bu görüşlərin hamısında qonaqlar qələbəyə sevinən tərəf olub.
"Beşiktaş" doğma meydanda "Başakşəhər"lə üz-üzə gəlib. Gərgin və maraqlı keçən bu görüşdə isə "qara qartallar" çətin qələbə qazanıb.