AZ

Kit Kelloq: "Rusiya artıq Ukraynaya qalib gələ bilməz"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Rusiya artıq müharibədə qələbə qazana bilməz, Ukrayna isə mənəvi üstünlüyünü qoruyur".
Oxu.Az TRT-yə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Kit Kelloq Yalta Avropa Strategiyasının (YES) 21-ci illik görüşündə deyib.
Onun sözlərinə görə, Ukrayna pilotsuz uçuş aparatları istehsalında dünya liderinə çevrilib və ABŞ-ni əhəmiyyətli dərəcədə qabaqlayıb.
Kelloq qeyd edib ki, Rusiya güclü orduya malikdir, lakin onun imkanları Moskvanın iddia etdiyi səviyyədən uzaqdır.
"Ukraynalılar artıq Rusiyanın hərbi gücünü əhəmiyyətli dərəcədə azaltmağı bacarıblar, buna görə də Ukraynanın məğlubiyyətindən artıq söhbət gedə bilməz", - deyə o vurğulayıb.
Seçilən
81
50
oxu.az

10Mənbələr