İtaliya NATO-nun şərq cinahının güclənməsinə töhfə verəcək.
Publika.az xəbər verir ki, bu barədə "La Repubblica" məlumat yayıb.
Seçim hazırda Estoniyada yerləşən dörd İtalyan təyyarəsinə əlavə oluna bilən "Eurofighter" və "F-35" qırıcıları arasındadır.
"Roma artıq elan edilmiş digər avropalı tərəfdaşların səyləri qarşısında kənarda qala bilməz", - bəyanatda deyilir.
Bu ilin avqustunda İtaliyanın baş naziri Corcia Meloni Ukraynanı NATO-ya daxil etmədən ona təhlükəsizlik zəmanəti verməyi təklif edib.