AZ

Cəzadan sonra verilişi bağlandı -“SPACE”dən DƏ GETDİ

Son günlər məcburi köçkünlərlə bağlı verdiyi qalmaqallı açıqlamalarla gündəmə gələn jurnalist Səidə Bəkirqızı sentyabrın 8-də işə başladığı “Space TV”dən də ayrılıb.

 

"Qafqazinfo" bildirir ki, S.Bəkirqızının “Xəbərin izində” proqramının yayımı dayandırılıb və o, işdən azad olunub. 

 

S.Bəkirqızı məlumatı “Manset.az”a təsdiqləyib. 

 

Xatırladaq ki, bu gün Audiovizual Şura Səidə Bəkirqızının cəmi 5 gün efirdə yayımlanan verilişində səsləndirdiyi şərhlərə görə “Space TV”nin yayımının 6 saatlıq dayandırılması barədə qərar qəbul edib.

 

Qeyd edək ki, bundan əvvəl S.Bəkirqızının məcburi köçkünlərə qarşı qeyri-etik ifadələr işlətdiyi üçün baş redaktoru olduğu “MediaTurk TV”dəki işindən uzaqlaşdırıldığı barədə məlumat yayılmışdı.

Seçilən
22
4
senzor.az

5Mənbələr