Xorvatiya çempionatında 6-cı turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, dünən azərbaycanlı yarımmüdafiəçi Rüfət Abdullazadənin formasını geyindiyi "Varajdin" də növbəti matçına çıxıb.
Rüfətin komandası evdə "Hayduk"u (Split) inamla yenib - 2:0.
Start "11-lik"də yer alan 24 yaşlı Abdullazadə fasilədə əvəzlənib.
6 tura 9 xalı toplayan "Varajdin" hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.