AZ

Ələt-Astara yolunda yol qəzası - Ölən və yaralananlar var

Bakı. Trend:

Sentyabrın 14-də saat 02:00 radələrində Ələt-Astara yolunun 7-cikilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydəalınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildirilib ki, İran vətəndaşı ShadmanTaleshmikaei tərəfindən idarə olunan “Volvo” markalı, 91AA791 İİRnömrə nişanlı yük avtomobili texniki nasazlıq səbəbindən yolkənarında dayanmış “Cherry” markalı, 90 HD 133 dövlət qeydiyyatnişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində “Cherry” markalı avtomobildə sərnişinqismində olan Sumqayıt şəhər sakini, 1999-cu il təvəllüdlü İbrahimƏhmədov hadisə yerində dünyasını dəyişib, digər sərnişin – Bakışəhər sakini, 2000-ci il təvəllüdlü Orxan Rüstəmzadə isə müxtəlifdərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
35
31
az.trend.az

10Mənbələr