Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Beyləqan rayonunda (Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolunun 26-cı kilometrliyi) “Lexus” və "BMW" markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, yanğın nəticəsində “BMW” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
saat 05.37
Sentyabrın 14-də gecə saatlarında Beyləqan rayonu ərazisində “Lexus” və “BMW” markalı avtomobillərin toqquşması ilə nəticələnən yol-nəqliyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, “BMW” markalı avtomobildə olan Rəşad Hacıyev həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.