AZ

Ələt-Astara yolunda ağır qəza: Ölən və xəsarət alan var

Sentyabrın 14-də saat 02 radələrində Ələt-Astara yolunun 7-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Verilən məlumata görə, İran vətəndaşı Şadman Taleşmikaei tərəfindən idarə olunan "Volvo" markalı, 91-AA-791 İİR nömrə nişanlı yük avtomobili texniki nasazlıq səbəbindən yol kənarında dayanmış "Cherry" markalı, 90-HD-133 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində "Cherry" markalı avtomobildə sərnişin qismində olan Sumqayıt şəhər sakini, 1999-cu il təvəllüdlü İbrahim Əhmədov hadisə yerində həlak olub, digər sərnişin - Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Orxan Rüstəmzadə isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.

Seçilən
95
31
news24.az

10Mənbələr