AZ

Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA

Moskva Türkiyənin artıq aktiv istifadə etmədiyi “S-400” hava hücumundan müdafiə sistemlərini geri alıb başqa ölkələrə satmağı planlaşdırır. ABŞ sanksiyalarını aşmaq istəyən Ankara isə bu plana isti baxır.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin “Nefes” nəşri məlumat yayıb.

Nəşr yazır ki, dünya müharibə və böhranlarla mübarizə apararkən, hava hücumundan müdafiə sistemləri əldə etmək istəyən bir çox ölkə Rusiyaya üz tutub.

Lakin Moskvanın anbarında istifadə olunan sistemlərdən başqa hazır “S-400”ləri yoxdur. Məlumata görə, Rusiyanın 2019-cu ildə Türkiyəyə satdığı, lakin Ankara tərəfindən aktiv istifadə olunmayan “S-400” sistemlərini geri alaraq başqa ölkələrə satmağı düşündüyü bildirilir.
 

Öz imkanları ilə “Çelik Kubbe” hava hücumundan müdafiə sistemini inkişaf etdirən Türkiyənin isə “S-400”ə olan ehtiyacı hər keçən gün azalır. Üstəlik, “S-400” sistemi NATO-ya iteqrasiya edilə bilmirdi.


Bildirilir ki, sistemin ən vacib komponentlərindən olan raketlərin ömrü artıq yarıya çatıb və bəzi hallarda texniki baxım tələb olunur.

Qeyd edək ki, ABŞ Rusiyadan hava hücumundan müdafiə sistemi aldığı üçün Türkiyəyə CAATSA sanksiyaları tətbiq edib və Ankara “F-35” proqramından çıxarılıb. Bu vəziyyətdə, Türkiyənin “S-400”ləri geri qaytarmağa maraqlı ola biləcəyi qeyd edilir. Çünki Ankara “F-16” tədarükü ilə bağlı ABŞ-la danışıqları davam etdirir və eyni zamanda “F-35” layihəsinə də qayıtmaq niyyətindədir.

Xatırladaq ki, 2017-ci ildə Türkiyə Rusiyadan 2,5 milyard dollar qarşılığında iki “S-400” sistemi almaq üçün müqavilə imzalayıb, sistemlərin çatdırılması isə 2019-cu ildə həyata keçirilib.

ABŞ isə CAATSA (Sanksiyalar Yoluyla Amerikanın Düşmənlərinə Qarşı Mübarizə Aktı) çərçivəsində Türkiyəni “F-35” proqramından çıxarıb. (Musavat.com)

Bizim.Media

Seçilən
7
8
bizim.media

10Mənbələr