AZ

Ərdoğan: “Türkiyə müxalifəti burulğanda çabalayır”

Türkiyə müxalifəti özünü burulğana salıb və orada çabalamaqda davam edir.

Bunu prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda müxalifətçilərlə polis arasında baş verən toqquşmaları şərh edərkən deyib.
 

“Düzünü desəm, bu müxalifət dağınıq vəziyyətdədir. Onlar özlərini saldıqları burulğanda çabalamağa davam edirlər. Mübarizə, xaos, böhran”, – deyə Türkiyə lideri bildirib və vurğulayıb ki, müxalifət nümayəndələri demək olar böhranla iç-içədirlər.


Ərdoğan həmçinin bəyan edib ki, ölkə hakimiyyəti “küçələrin qarışmasına” imkan verməyəcək.

Seçilən
39
2
news365.az

3Mənbələr