ain.az bildirir, Bizim media portalına istinadən.
Güləş üzrə U-17 dünya çempionatı 2026-cı ildə Bakıda keçiriləcək.Bizim.Media xəbər verir ki, bu barədə qərar Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclasında qəbul edilib.
Sofiya (Bolqarıstan), İsgəndəriyyə (Misir), Amman (İordaniya) və Brasovun (Rumıniya) da namizəd olduğu yarışın təşkilatçılığı Azərbaycan paytaxtına həvalə edilib.
Dünyanın ən güclü yeniyetmə güləşçiləri gələn il 27 iyul – 2 avqust tarixlərində Milli Gimnastika Arenasında müəyyənləşəcək.Xatırladaq ki, analoji yarış 2012-ci ildə də Bakıda keçirilib.Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.