AZ

Türkiyədə FETO nun Yunanıstana getmək istəyən səkkiz üzvü saxlanılıb

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Türkiyədə FETO-nun səkkiz üzvü Polşa bayraqlı qayıqla Yunanıstana getməyə çalışarkən saxlanılıblar. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. 

Qeyd olunur ki, FETÖ üzvlərinin fəaliyyətlərinin ifşası və qarşısının alınması, şübhəli şəxslərin tutulması məqsədi ilə Muğla Polis İdarəsi Kəşfiyyat Şöbəsi, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları Datça rayonunda qayıqla ölkədən qaçmağa hazırlaşan terrorçuları aşkarlayıb.

Polşa bayraqlı qayıq Datça sahillərində sahil mühafizə xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.  

Onlar məhkəməyə veriliblər.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
3
cebheinfo.az

4Mənbələr