Albaniya çempionatında 3-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı hücumçu Vüsal İsgəndərlinin komandası "Partizani" bu turda "Vlajniya"nın qonağı olub.
Oyun Vüsalın komandası ağır məğlubiyyətlə üzləşib - 1:4.
Start "11-lik"də yer alan İsgəndərli 26-cı dəqiqədə "Partizani"nin yeganə qolunu vurub. O, 68-ci dəqiqədə əvəzlənib.
Nihat