AZ

Alim Nəbiyev MMA-da debütünə qələbə ilə başlayıb

Yeddiqat dünya və üçqat Avropa çempionu Alim Nəbiyev qarışıq döyüş növlərində (MMA) ilk görüşünü keçirib.

İdman.biz xəbər verir ki, Bakıda təşkil olunan turnirdə “Qəbələ” İdman Klubunun kikboksçusu iranlı Nezhad Vahidlə üz-üzə gəlib.

Döyüş uzun çəkməyib – Nəbiyev rəqibini birinci raundda nokauta salaraq, MMA karyerasına inamlı addım atıb.

Qeyd edək ki, Azərbaycan döyüşçüsü növbəti görüşünə oktyabrın 25-də Batumidə keçiriləcək “Grand Bellagio” turnirində çıxacaq.

İdman.biz

Seçilən
27
idman.biz

1Mənbələr