AZ

Rusiyanın daha bir neft emalı zavodu vuruldu - Video

Sentyabrın 14-də Rusiyanın Leninqrad vilayətindəki Kirişi neft emalı zavoduna PUA hücumu edilib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Hücum nəticəsində zavodun ərazisində partlayış və yanğınlar qeydə alınıb.

Qeyd edək ki, bu zavod Rusiyanın ən böyük neft emalı zavodlarından biridir. Leninqrad vilayətinin Kirişi şəhərində yerləşir və "Surqutnefteqaz" şirkətinin törəmə müəssisəsidir. Zavod ildə 10 milyon tondan çox neft emalı gücünə malikdir və geniş çeşiddə neft məhsulları, o cümlədən benzin, dizel yanacağı, aviasiya yanacağı və s. istehsal edir.

Seçilən
28
3
axar.az

6Mənbələr