AZ

Bakıda ağır qəza: Avtomobil AŞDI - VİDEO

Bu gün saat 23:45 radələrində Mərdəkan şosesində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az xəbər verir ki, "Toyota Prado" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı dəmir baryerlərə çırpılıb.

Hazırda qəza nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı məlumat yoxdur.

Hadisə yerinə gələn yol polisi əməkdaşları vətəndaşların köməyi ilə avtomobili yolun kənarına çəkməyə çalışırlar.

Sözügedən hadisənin görüntülərini təqdim edirik. /Musavat.com

Milli.Az

Seçilən
14
1
milli.az

2Mənbələr