AZ

“Qalatasaray” bir oyunda 2 rekordu yenilədi

Turkiyə Superliqasının 5-ci turunda “Qalatasaray” səfərdə “Eyüpspor” üzərində 2:0 hesabı ilə qələbə qazanıb.

Publika.az “Opta”ya istinadən xəbər verir ki, İstanbul klubu yeni mövsümdə Türkiyə çempionatının ilk beş matçında qələbə qazanaraq, çempionat tarixində ardıcıl iki mövsümə beş qələbə ilə başlayan ilk komanda olub (2024/25 və 2025/26).

“Qalatasaray” 2025/26 mövsümündə “Eyüpspor”dan başqa, “Rizespor”u, “Kayserispor”u (4:0), “Fatih Karagümrük”ü (3:0) və “Qaziantep”i (3:0) üstələyib.

Seçilən
60
2
publika.az

3Mənbələr