UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda keçiriləcək “Benfika” (Portuqaliya) – “Qarabağ” oyununun hakimləri məlum olub.
Msport.az xəbər verir ki, görüşü belçikalı Erik Lambrexts idarə edəcək.
Ona yan xət hakimləri Co De Veird və Kevin Monteni kömək edəcək..
Natan Verbumen isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
VAR-da Bram Van Driessche, AVAR-da isə Fedayi Sun fəaliyyət göstərəcəklər.
Qeyd edək ki, sentyabrın 16-da “Estádio do SL Benfica”da keçiriləcək “Benfika” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.