AZ

Rusiyaya ağır zərbə: mühüm obyekt vuruldu

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Sentyabrın 14-nə keçən gecə Ukraynanın pilotsuz təyyarələri Rusiyanın Leninqrad vilayətindəki Kirişi neft emalı zavoduna hücum edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistem qoşunlarının komandanı öz Telegram kanalında məlumat verib.

O qeyd edib ki, Kirişi neft emalı zavodu Rusiyanın beş aparıcı müəssisəsindən biridir:

“Zavod ildə 20 milyon tona yaxın neft emal edir”.

Sözügedən zavodun Rusiya ordusunun neft məhsulları ilə də birbaşa məşğul olduğu bildirilib. Bu məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da təsdiqləyir.

Safura Bənnayeva

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
47
globalinfo.az

1Mənbələr