BAKI, TurkicWorld
2025-ci ilin avqust ayında Türkiyənin Muğla Milas Bodrum Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 3 milyon 121 min 707 nəfər olub.
Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 5 faiz artaraq, 1 milyon 811 min 722 nəfər, beynəlxalq reyslər üzrə isə 4 faiz azalaraq 1 milyon 309 min 985 nəfər təşkil edib.
2025-ci ilin avqust ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq 32 min 372 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 15 min 33 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 5 faiz azalaraq, 17 min 340 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2025-ci ilin avqust ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin avqust ayı ilə müqayisədə 1 faiz artaraq,30 min 197 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı dəyişməyərək, 17 min 138, beynəlxalq reyslər üzrə isə 2 faiz artaraq 13 min 59 olub.
2025-ci ilin avqust ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 162 milyon 530 min 684 nəfər, yük daşınması isə 3 milyon 346 min 622 ton təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.