Azərbaycanın 3x3 basketbol yığması Çinin Şanxay şəhərində keçirilən Dünya Qadın Seriyasının final mərhələsinin həlledici oyununda məğlub olub.
Fanat.Az xəbər verir ki, təmsilçimiz finalda Kanadaya 12:21 hesabı ilə uduzaraq ikinci olub.
Qeyd edək ki, Azərbaycan basketbolçuları yarımfinalda Niderlanda 21:19 hesabı ilə qalib gəlmişdilər.