AZ

Ermənistan pasport möhürlərində Ağrı dağının təsvirini ləğv etdi

BAKI, 14 sentyabr. TELEQRAF

Ermənistan hökuməti 2025-ci il noyabrın 1-dən ölkəyə giriş və çıxış pasportlarına vurulan möhürlərdəki Ağrı dağının təsvirinin ləğv edilməsi ilə bağlı qərar qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Qərar Ermənistan Nazirlər Kabinetinin sentyabrın 11-də keçirilən iclasında qəbul olunub.

Ermənistan hökumətinin bu addımı atmasının əsas səbəbi Türkiyə ilə münasibətləri normallaşdırmaq cəhdləri ilə bağlıdır. Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə qeyd edib ki, ölkənin dövlət simvollarındakı Ağrı dağı təsviri qonşu ölkəyə qarşı ərazi iddiası demək deyil. Bununla belə, sülh sazişinin imzalanması prosesində bu məsələ həssas mövzu olaraq qalmaqdadır.

Pasport möhüründəki bu təsvirin ləğvi, İrəvanın Ankara ilə dialoqu inkişaf etdirmək istiqamətində atdığı jest kimi qiymətləndirilir. Bu, Ermənistanın "tarixi Ermənistan" konsepsiyasından uzaqlaşaraq, beynəlxalq səviyyədə tanınmış real sərhədlərini qəbul etməyə hazır olduğunu göstərən bir addım kimi şərh edilir. Paşinyan daha əvvəl də bəyan etmişdi ki, Ermənistanın ən hündür dağı Ağrı deyil, öz sərhədləri daxilində yerləşən Araqat (Aragats) dağıdır.

Seçilən
62
1
teleqraf.com

10Mənbələr