AZ

Nepalda iğtişaşlar: Ölənlərin sayı 70-i ötdü » AzadMedia.az


Nepalda kütləvi iğtişaşlar zamanı 70-dən çox adam ölüb.

Bu barədə yerli hakimiyyət nümayəndələri məlumat yayıb.

"Ümumilikdə 72 nəfər ölüb. Daha 191 yaralı hazırda ölkənin müxtəlif xəstəxanalarında və səhiyyə müəssisələrində müalicə alır", - hökumət sözçüsü Eknarayan Aryal bildirib.

Onun sözlərinə görə, ölüm halları sentyabrın 8-də keçirilən etiraz aksiyaları zamanı, həmçinin sentyabrın 9-da baş verən yanğın və iğtişaşlar nəticəsində baş verib.
Seçilən
15
4
azadmedia.az

5Mənbələr